Dünən axşam saatlarından başlayaraq Gəncəyə bu ilin ilk qarı yağır.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hazırda qar yaymaqda davam edir.
Qarın hündürlüyü bəzi yerlərdə 14-15 santimetrə çatıb. Hələlik soyuq və qarlı hava şəraiti şəhərin kommunal təsərrüfatına ziddi problemlər yaratmayıb.
Yollarda avtomobillərin hərəkəti sərbəstdir. Gəncə Mənzil Kommunal Təsərüfatı İstehsalat Birliyinindən bildirilib ki, müəssisənin texnikaları və işçi qüvvəsi səfərbər olunub.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu