Cəlilabadda yağan qar yollarda avtomobillərin hərəkətini məhdudlaşdırdı

Cəlilabadda yağan qar yollarda avtomobillərin hərəkətini məhdudlaşdırdı

Hazırda oxunan: Cəlilabadda yağan qar yollarda avtomobillərin hərəkətini məhdudlaşdırdı

173308

Güclü qar və çovğun Cəlilabad rayonunda nəqliyyatın hərəkətində problemlər yaradır.

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, günorta saatlarından yağmağa başlayan qar artıq intensiv şəkildə müşahidə olunur. 

Nəticədə Cəlilabad şəhəri ərazisində avtomobil yollarında nəqliyyatın hərəkəti çətinləşib. Hadisə şahidlərinin sözlərinə görə, yolun buzlu olması nəticəsində bir neçə kiçik yol qəzaları da baş verib.

Mütəmadi olaraq müvafiq orqanlar tərəfindən yollar qar örtüyündən təmizlənir.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO