Sfera.az bildirir ki, bunu "Əli və Nino" kitab mağazalarının sahibi Nigar Köçərli deyib. O, xüsusilə televiziyaları tənqid atəşinə tutub.
"Hər gün televiziya verilişlərində ailələri çıxarıb, bayağı şou yaradırlar. Səviyyəsiz, savadsız "ekspertlər" insanları linç edirlər, ağzına gələni danışırlar. Hamı bunu normal qəbul edir. Hər gün qadınlar evdə döyülür, əzilir, təhqir olunur. Ən dəhşətlisi isə - vəhşicəsinə öldürülürlər. Hər kəs bunu bilsə də, susur. Polis çağırılanda isə, "biz ailə münaqişəsinə müdaxilə etmirik", deyir. Bəs qadınları kim qorumalıdır?”, - deyə Köçərli əlavə edib.
Qeyd edək ki, ötən gün Nizami rayonunda bir ailənin 3 üzvü qətlə yetirilib. Hadisədə diqqətçəkən amil isə qətldən öncə polisə məlumat verilməsi, lakin olay yerinə gedən əməkdaşların laqeydlik göstərməsi ilə bağlı iddialar olub.
Türkan
Sfera.az