Ölkə ərazisində temperatur aşağı düşüb - FAKTİKİ HAVA 

Ölkə ərazisində temperatur aşağı düşüb - FAKTİKİ HAVA 

Hazırda oxunan: Ölkə ərazisində temperatur aşağı düşüb - FAKTİKİ HAVA 

173259

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 13-ü saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məəlumata görə, azırda Bakıda və Abşeron yarımadasında, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Neftçala, Yardımlı, Lerik, Şabran, Biləsuvar, Lənkəran, Astara, Laçın, Kəlbəcərdə qar, Culfa, Ordubad, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Hacıqabulda yağış yağır.

Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 26 m/s-dək, Göyçay, Neftçalada 20 m/s, Ceyrançöldə 17 m/s, Naftalanda 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.3 metrdir.
Qeyd edilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 6 dərəcəyədək isti, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO