BİZİM TƏQVİM: 15 yanvarda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 15 yanvarda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 15 yanvarda baş vermiş tarixi hadisələr

173242

1906-cı ilin bu günündə Ümumrusiya Müsəlmanlarının ikinci qurultayı keçirilib. 1 həftə davam edən fikir ayrılıqlarından və müzakirələrdən sonra Qurultay bir neçə mühüm qərar qəbul edib.

15 yanvarda daha hansı hadisələr baş verib?

1. 15 yanvar 1915-ci ildə Birinci Dünya savaşında Çar ordusu Osmanlı ordusunu məğlub edib. Türklər Cənubi Azərbaycandan çəkiliblər.

2. 1919-cu ilin bu günündə AXC tərəfindən Zəngəzur, Cavanşir, Şuşa və Cəbrayıl qəzaları əsasında Qarabağ general-qubernatorluğu yaradılıb.

3. 15 yanvar 1919-cu ildə erməni silahlı dəstələri Göyçə və Novobəyazid qəzalarındakı Azərbaycanlılar yaşayan kəndlərdə kütləvi qırğınlar törədib.

4. 1989-cu ilin 15 yanvarında erməni silahlıları Goranboyun Todan kəndinə basqın edib, 2 dinc sakini qətlə yetirib.

5. 15 yanvar 1989-cu ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Dağlıq Qarabağda Fövqəladə vəziyyət tətbiq edilib.

6. 1990-cı ilin 15 yanvarında Xəzər dəniz Donanmasının bazasında uçqun baş verib. Uçqun nəticəsində 22 nəfər dənizçi torpaq altında qalaraq həyatlarını itirib.

7. 15 yanvar 1992-ci ildə Avropa dövlətləri Xorvatiya və Sloveniyanının müstəqilliyini tanımaqla Yuqaslaviyanın dağıdılmasına start verib. 

8. 15 yanvar 2005-ci ildə Yasir Ərəfatın ölümündən sonra 9 yanvarda Fələstin dövlət başçısı seçilən Mahmud Abbas and içərək vəzifəsinin icrasına başlayıb.

15 yanvarda kimlər xatırlanır?

1. 1902-ci ilin bu günü türk şairi, yazıçı, rəssam, ssenarist, dramaturq və ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı (1950) və türk inqilabi poeziyasının banisi Nazim Hikmət anadan olub.

2. 1943-cü ilin bu günündə Azərbaycanlı qəhrəman Əli Dadaşov(Lyonya Dadışev) 18 yaşında alman-faşistləri tərəfindən güllələnib.

3. 15 yanvar 1984-cü ildə Kıbrıs (Kipr) Türklərinin lideri, jurnalist-yazıçı Dr. Fazıl Küçük 78 yaşında Londonda həyatını itirdi. Fazıl Küçük Rum və Türklərin birgə qurduqları Kıbrıs Dövlətinin ilk vitse-prezidenti idi.

4. 15 yanvar 1904-cü ildə Əməkdar artist Cabbar Əliyev (1904-1973) doğulub. Akademik Dram Teatrının aktyoru olub, filmlərdə (“Qızmar günəş altında”, “Qaraca qız” (Piri baba), “Görüş”) çəkilib. 

5. 15 yanvar 1907-ci ildə  Əməkdar artist, aktyor, dramaturq Məcid Şamxalov (1907-1977) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. “Qayınana” komediyasının müəllifidir.

6. 15 yanvar 1914-ci ildə yazıçı Ənvər Qasımov (1914-1989) anadan olub. Əsərləri: “Düşmənimin düşməni”, “Cərrahlar” (roman) və s.

7. 15 yanvar 1936-cı ildə yazıçı-publisist, tərcüməçi Vaqif Musa (1936-1996) anadan olub. “Bəyim çayı boyunca”, “Səhər mehi” və s. romanların müəllifidir.

8. Azərbaycan şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist və ictimai xadim Nəbi Xəzri 15 yanvar 2007-ci ildə vəfat edib. O 1945-ci ildən AYB-nin üzvü, Azərbaycan SSR xalq şairi (1984), SSRİ (1973) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı idi.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO