Prezident İlham Əliyev yanvarın 10-da yerli telekanallara müsahibəsində, keçmiş köçkünlərin qayıdış prosesinin daha da sürətlənəcəyini diqqətə çatdırıb:
“Onların (red. keçmiş məcburi köçkünlər) bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa şəhəri, Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri, Xankəndi şəhəri, Xocalı şəhəri olacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur.
Bununla paralel olaraq bir çox kəndlərdə, - hansılarda ki, mən təməl qoymuşam, - orada inşaat davam edəcək, bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar. Məsələn, Laçın rayonunun Sus kəndi hazır olacaq. Ondan sonra Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start veririk”.
Bəs, qeyd olunan rayon və kəndlərimizə qayıdışla bağlı hansı işlər görülür?
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev Bizim.Media-ya bildirib ki, Böyük Qayıdışa Dair I Dövlət Proqramı çərçivəsində hazırda Dövlət Komitəsinin aidiyyəti struktur bölməsinin əməkdaşları tərəfindən Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı qeydiyyatı olan məcburi köçkünlərin sorğu prosesi aparılmaqdadır.
İ.Mirzəyev sorğu başa çatdıqdan sonra həmin ərazilərə qayıdacaq məcburi köçkünlərin sayı, eləcə də tikintisi və bərpası mərhələli şəkildə başa çatacaq yaşayış məntəqələrinə köçürülmə barədə ictimaiyyətə dəqiq məlumat veriləcəyini diqqətə çatdırdı.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:20 / 13.01.2024
Xankəndinə köç nə vaxt BAŞLAYACAQ? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Xankəndinə köç nə vaxt BAŞLAYACAQ? – RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Xankəndinə köç nə vaxt BAŞLAYACAQ? – RƏSMİ AÇIQLAMA
173211
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.