Nazir müavini təyin olunan Hidayət Əzimov KİMDİR? – DOSYE 

Nazir müavini təyin olunan Hidayət Əzimov KİMDİR? – DOSYE 

Hazırda oxunan: Nazir müavini təyin olunan Hidayət Əzimov KİMDİR? – DOSYE 

173200

Xəbər verdiyimiz kimi, Hidayət Ağanəcəf oğlu Əzimov müdafiə sənayesi nazirinin müavini təyin edilib.

Bizim.Media xəbər verir ki, Hidayət Ağanəcəf oğlu Əzimov 1985-ci ildə Bakı şəhərində anadan olub.
 

MÖVZU İLƏ BAĞLI:

Hidayət Əzimov nazir müavini TƏYİN EDİLDİ 


O, 2001-2005-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 2005-2007-ci illərdə magistr dərəcəsinə yiyələnib.

H.Əzimov 2006-2007-ci illərdə yerli hüquq şirkətlərinin birində hüquqşünas vəzifəsində fəaliyyət göstərib. 2007-2018-ci illərdə “Atəşgah” Sığorta Şirkətində hüquqşünas, şöbə müdiri və İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb.

O, 2018-2022-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit və konsaltinq şirkətlərindən olan “Ernst & Young CIS B.V” şirkətində hüquq xidmətlərinin rəhbəri vəzifəsində çalışıb.

2018-ci ildən etibarən Vəkillər Kollegiyasının üzvüdür.

Hidayət Əzimov Azərbaycan Respublikası Prezidentinin 5 mart 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

O, Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin edilib.

Ailəlidir. İki övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO