1908-ci ilin 12 yanvar tarixində Bakıda Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının ilk nümayişi olub.
Bütün Şərqin ilk operasında Məcnun rolunda Hüseynqulu Sarabski, Leyli rolunda isə, o vaxtlar hələ qadın aktrisa olmadığına görə, çayçı şagirdi Əbdürrəhim Fərəcov oynayırdı. Operanın dirijoru isə tanınmış yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyev idi.
Bəs, 12 yanvarda daha hansı hadisələr baş verib?
1. İstanbulun Beyoğlu rayonunda inşa edilən tunel 1875-ci ilin 12 yanvarından sərnişin daşımağa başladı. Bu tunel London metrosundan sonra dünyanın köhnə sistemli ikinci yeraltı ictimai nəqliyyat sistemidir. 1939-cu ildə Beyoğlu tuneli milliləşdirildi.
2. 12 yanvar 1908-ci ildə Eyfel qülləsindən radio qülləsi kimi istifadə olunmağa başlanılıb.
3. 12 yanvar 1920-ci ildə son Osmanlı Mebusan Məclisi İstanbulda toplandı. Həm sultan, həm də Anadolu xalqını təmsil edən millət vəkillərinin iştirak etdiyi Məclis ölkənin torpaq bütövlüyünün təmin edilməsi və tam müstəqillik naminə "Misaki-Milli" qərarını verdi. Bundan razı qalmayan müttəfiqlər 16 martda İstanbulu rəsmən işğal etdilər və Məclisi dağıtdılar. Millət vəkillərinin bir qismi həbs olunaraq Malta adasına sürgün edildi
4. 1991-ci il 12 yanvarda ABŞ Konqresi İraq ordusunun Küveytdən çıxarılması üçün hökumətə əmretmə səlahiyyəti verdi. Bu qərar Birinci Körfəz Müharibəsinin başlanmasına səbəb oldu.
5. 2000-ci ilin bu günündə Türkiyədəki koalisiya hökuməti terrorçu Abdullah Öcalan barəsində çıxarılan ölüm hökmünün icrasını təxirə salıb.
6. 12 yanvar 2006-cı ildə Həcc ziyarəti üçün Minada olan hacı namizədləri izdihamında 364 adam həyatını itirdi.
12 yanvarda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Məşhur fransız şairi, yazıçısı və tənqidçisi Şarl Perro 1628-ci ilin bu günü anadan olub. Onun “Qırmızı papaq”, “Çəkməli pişik”, “Büllur başmaq” nağılları dünyanın əksər xalqlarının dillərinə tərcümə edilib, əsərlərinin süjetləri əsasında opera və baletlər yazılıb, bədii və cizgi filmləri çəkilib (1628-1703).
2. Tanınmış Amerika yazıçısı Cek London 1876-cı ilin 12 yanvarında San-Fransiskoda dünyaya gəlib. Cek London “Şimal” hekayələri, “Qar qızı” romanı, “Əcdadların çağırışı” və “Ağ diş” povestlərində yaşadığı cəmiyyətin anti-humanist mahiyyətini qələmə alıb. Yazıçıya ən böyük şöhrəti isə daha çox “Dəniz canavarı”, “Dəmir daban” və “Martin İden” əsərləri gətirib.
3. 1878-ci ilin 12 yanvarında Xudadat bəy Rəfibəyov anadan olub. O AXC-nin Yelizavetpol quberniyasının general-qubernatoru, ll Xoyski hökümətində əvvəlcə səhiyyə və sosial təminat naziri, daha sonra isə xalq səhiyyəsi naziri olub.
4. SSRİ-də Atom Enerjisi İnstitutunun əsasını qoyan alim, məşhur rus fiziki, akademik İqor Kurçatov 1903-cü ilin bu günü anadan olub. İqor Kurçatovun rəhbərliyi ilə Moskvada ilk Siklotron və Avropada ilk atom reaktoru qurulub, ilk sovet atom bombası və dünyanın ilk termonüvə bombası yaradılıb (1903-1960).
5. Azərbaycanın Milli Qəhrəmanı Nizami Məmmədov 1958-ci ilin bu günündə anadan olub.
6. El şairi, aşıq Alqayıt 2013-cü ilin yanvar ayının 12-də Xırdalan şəhərində vəfat edib.
7. İingiltərəli yazıçı, dedektiv janrının kraliçası Aqata Kristi 1976-cı ilin bu günündə vəfat edib. Onun əsərləri 103 dilə tərcümə olunub. Kitablarının tirajı isə ildən-ilə artır.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 12.01.2024
BİZİM TƏQVİM: 12 yanvarda baş vermiş tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 12 yanvarda baş vermiş tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 12 yanvarda baş vermiş tarixi hadisələr
172986
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.