Binə qəsəbəsində bir ailə qidadan zəhərlənib.
Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, ailənin kolbasadan zəhərləndiyi deyilir.
Məsələ Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) münasibət bildirib.
Qurum qeyd edib ki, bu gün saat 10:04 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qida zəhərlənməsi səbəbilə çağırış daxil olub:
“Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və 6 nəfər müvafiq tibb müəssisəsinə hospitalizasiya olunub.
Onlardan 3 nəfər böyük (2-si qadın cinsli, 1-i kişi cinsli olmaqla) Sabunçu Tibb Mərkəzinə, digər 3 uşaq isə Mərkəzin nəzdində fəaliyyət göstərən Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.
Hazırda onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir. Vəziyyətləri stabildir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:03 / 11.01.2024
Bakıda bir ailənin 6 üzvü kolbasadan zəhərləndi
Hazırda oxunan: Bakıda bir ailənin 6 üzvü kolbasadan zəhərləndi
Hazırda oxunan: Bakıda bir ailənin 6 üzvü kolbasadan zəhərləndi
172934
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.