Almaniya ötən il 245 azərbaycanlını Gürcüstana deportasiya EDİB 

Almaniya ötən il 245 azərbaycanlını Gürcüstana deportasiya EDİB 

Hazırda oxunan: Almaniya ötən il 245 azərbaycanlını Gürcüstana deportasiya EDİB 

172889

Ötən il 9399 Gürcüstan vətəndaşı Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyib. 

Bizim.Media xəbər verir ki, bu barədə “report”a Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib. 

Məlumata görə, müraciət edənlərdən yalnız 31-inə qaçqın statusu verilib. 7964 ərizəçinin göstərdiyi səbəb qaçqın statusu almaq üçün uyğun olmayıb. 

Federal İdarə həmin şəxslərin sığınacaq istəyinə rədd cavabı verərək, onlara ölkəni könüllü tərk etmələri barədə bildiriş göndərib. 

Ötən il Almaniyadan Gürcüstana deportasiya edilənlərdən 245-i milliyyətcə azərbaycanlıdır. 
2023-cü ildə Beynəlxalq Miqrasiya Təşkilatının ( BMqT) Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihəsindən yararlanan Gürcüstan azərbaycanlılarının sayında da artım qeydə alınıb. 

BMqT-nin dəstəyi ilə Gürcüstana qayıdan şəxslərə, kiçik fermer təsərrüfatı, xidmət sektoru, kiçik ticarət və istehsalat sahəsində öz sahibkarlıq fəaliyyətlərini qurmaq üçün nağd və qeyri-nağd şəkildə ödənişlər edilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO