Paytaxtın mərkəzində yeraltı keçidi üfünət iyi bürüyüb - Keçidlərdə ANTİSANİTARİYA   - FOTO

Paytaxtın mərkəzində yeraltı keçidi üfünət iyi bürüyüb - Keçidlərdə ANTİSANİTARİYA   - FOTO

Hazırda oxunan: Paytaxtın mərkəzində yeraltı keçidi üfünət iyi bürüyüb - Keçidlərdə ANTİSANİTARİYA   - FOTO

17284

“Giriş 30 qəpikdir”. Bu elan Bakıda Füzuli küçəsində keçidlərin birində olan ayaqyolu qapısının üzərinə yapışdırılıb.

Ayaqyolundan istifadə pullu olsa da burada heç bir gigiyenik qaydalara əməl olunmur. Yəni xidmət və təmizlik yox səviyədədir.

Ayaqyolunun girişində balaca kabinədə əyləşən xanım yalnız 30 qəpik ödənişi alıb vətəndaşları içəri buraxır. Yaşanan heç bir problemlə maraqlanmır.

Müşahidələrimizə əsasən deyə bilərik ki, bu keçiddən səhər saatlarında keçəndə vəziyyət o qədər də dəhşətli olmur. Di gəl ki, axşam və günün digər saatlarında yolu sözügedən keçiddən düşən vətəndaşlar üfünət qoxusunu iyləməyə məcbur olurlar. Xoşagəlməyən qoxudan ürəyi bulanan kim, dəsmalını ağzına tutan kim. Bir sözlə, müxtəlif vasitələrdən istifadə edərək keçidə düşməyə cəhd edirlər. 

Belə mənzərədən aydın olur ki, ayaqyolu hər saatbaşı təmizlənmir. Tam əminliklə deyə bilərik ki, paytaxtda keçidlərdə olan ayaqyolların əksəriyyətində eyni vəziyyət yaşanır.

Bəzən ayaqyoludan istifadə üçün nəyin ki, 30, hətta  40-50 qəpik ödəniş tələb olunur.
Lakin ödənilən məbləğə uyğun xidmət yoxdur. İçəridə nə əl yumaq üçün sabun, nə də əl qurulayıcı vasitələr mövcud olur.

Üstəlik ətrafı sel-su basıb, üfünət iyindən baş çatlayır.  

Bakı şəhər sakini Zahirə Əlili Bizim.Media-ya bildirib ki, hər dəfə bu keçidə düşəndə ürəyim ağzıma gəlir:

“Görünür, ayaqyolu tez-tez təmizlənmir. Bəzi  yerlərdə isə ayaqyolunun qiyməti 40-50 qəpik arasında dəyişir. İçəri girirsən, pis iydən baş çatlayır. Keçidlərdə ayaqyolu olmağı yaxşıdır. Amma nə olar ki, içəri təmiz saxlansın, təmizlik üçün vasitələr verilsin. Onsuz da bu, ödənişlidir. Buna görə də məmnunedici  xidmət göstərmək lazımdır”.

Bakının digər sakini Əfruz Həsənova isə söyləyib ki, üfunət iyindən keçidə düşə bilmir: 

“Keçən dəfə qızım deyir ki, ana keçidə düşməyək, ora ilə gedəndə ürəyim bulanır. Günün ikinci saatı buradan keçmək mümkün deyil. Təmiz saxlasalar, keçid əməkdaşları ayaqyolunu tez-tez təmizləsələr, belə vəziyyətdə yaşanmaz”.

Problemin həll olunması üçün Bakı Şəhri İcra hakimiyyəti ilə əlaqə saxladıq.

Bakı şəhəri İH-dən Bizim.Media-ya bildirilib ki, paytaxtda heç bir keçid icranın balansında deyil. AAYDA ilə əlaqə saxlayın.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli Bizim.Media-ya söyləyib ki, Füzuli küçəsində onların balansında olan keçid yoxdur: “Biz keçidlərdə ayaqyolu işinə baxmırıq.

Səhiyyə Nazirliyi yanında Gigyena Epidemologiya Mərkəzinin şöbə müdiri Zirəddin Kazımov isə söyləyib ki, keçidlər sahibkarlıq subyektidir. Bunun üçün Nəsimi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayın.

Nəsimi Rayon İcra Hakimiyyətindən isə telefonlarımıza cavab verən olmadı.

Yenə də qurumlar problemi biri-birilərinin üzərinə atıb yaxaların kənara çəkdilər.
Mövzunu davam edəcəyik.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO