Ölkəmizdə könüllü hərbi xidmət modelinə KEÇİLƏ BİLƏRMİ? – AÇIQLAMA    

Ölkəmizdə könüllü hərbi xidmət modelinə KEÇİLƏ BİLƏRMİ? – AÇIQLAMA    

Hazırda oxunan: Ölkəmizdə könüllü hərbi xidmət modelinə KEÇİLƏ BİLƏRMİ? – AÇIQLAMA    

172762

Bir sıra ölkələrdə ödənişli əsaslarla həqiqi hərbi xidmətdən möhlət almaq hüququ var. Qardaş Türkiyədə də artıq neçə illərdir ki, bu qayda tətbiq olunur. Hazırkı məzənnə ilə 11 min manat ödəməklə ixtiyari Türkiyə vətəndaşı hərbi xidmətdən möhlət hüququ ala bilər.

Digər tərəfdən, Azərbaycan Ordusunun Türkiyə modelinə keçməsi ilə bağlı işlər davam etdirilir.

Bəs, belə bir qaydanın ölkəmizdə də tətbiqi gözlənilirmi?

Suala hərbi ekspert Ədalət Verdiyev aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, bir çox ölkələrdə o cümlədən də Türkiyədə də ödənişli əsaslarla hərbi xidmətdən möhlət almaq hüququ mövcuddur:
 

MÖVZU İLƏ BAĞLI:

Bu hərbi qulluqçular tərxis olundu - VİDEO


“Lakin Azərbaycanda belə bir modelin tətbiqi nəzərdə tutulmayıb. Böyük ehtimalla yaxın 10 ildə ödənişli əsaslarla Azərbaycan vətəndaşın həqiqi hərbi xidmətdən kənarda qalması mümkün görünmür. 

Hazırda Türkiyə ordu modelinə keçidin aktiv mərhələsindəyik. Burada həm müddətli hərbi qulluqçuların, həm də müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçuların hesabına ordumuzun daha da peşəkarlaşdırılması və komplektləşdirilməsi əsas hədəfdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO