Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkisi 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsində 59 məntəqədə keçiriləcək. Həmin məntəqələrdən ikisi işğaldan azad edilmiş ərazilərdə yerləşir.
Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a Dairə Seçki Komissiyasının sədri Həmid Mehdiyev deyib.
Onun sözlərinə görə, Suqovuşan qəsəbə tam orta məktəbində yerləşən 58 saylı seçki məntəqəsində 146 seçici qeydə alınıb. Onlardan 85-i Talış kəndində məskunlaşan sakinlər, qalanı isə Suqovuşan qəsəbəsinin tikintisinə çalışanlardır. Talış kənd sakinlərindən bir nəfər ilk dəfə səsvermədə iştirak edəcək. Ağdərə şəhər mədəniyyət evinin binasında yerləşən 59 saylı seçki məntəqəsində isə 157 nəfər seçici qeydə alınıb.
Həmid Mehdiyev qeyd edib ki, Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı”na uyğun olaraq seçkiyə hazırlıq işləri davam etdirilir. Bütün seçki məntəqələri lazımi texniki vasitə və metodiki vəsaitlərlə təchiz olunub.
İlkin seçici siyahıları məntəqələrə verilib. Hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi aparılır. Dairənin tərkibinə daxil olan 59 seçki məntəqəsi üzrə 52 min 589 seçici qeydə alınıb. Onlardan 1402 nəfəri ilk dəfə olaraq seçki hüququndan istifadə edəcək gənclərdir. Seçicilərin 1047 nəfəri 80-100 yaş arasında, 7 seçicinin yaşı isə 100-dən yuxarıdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:53 / 10.01.2024
Seçicilər Suqovuşan və Ağdərədə səs verəcəklər
Hazırda oxunan: Seçicilər Suqovuşan və Ağdərədə səs verəcəklər
Hazırda oxunan: Seçicilər Suqovuşan və Ağdərədə səs verəcəklər
172757
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.