Bir neçə günlük fasilədən sonra şimal bölgəsi az da olsa, qara bürünüb. Quba və Qusarın rayon mərkəzlərinə cüzi qar düşüb.
Quba Ərazi Hidrometeorologiya Müəssisəsindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Quba şəhərinə 1 sm qar yağıb.
Dağlıq kəndlərə isə qar yağmadığı bildirilib. Yerli sakinlərin sözlərinə görə, Qusarın Ləzə kəndi və Şahdağ Turizm Mərkəzi istiqamətinə də az miqdarda qar yağıb.
Bölgədə, həmçinin şaxtalı hava müşahidə edilib. Verilən məlumata görə, ən çox şaxta -8,5 dərəcə olmaqla Quba rayonunun Qrız kəndində qeydə alınıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:44 / 10.01.2024
Quba və Qusara da qar yağdı – FOTO
Hazırda oxunan: Quba və Qusara da qar yağdı – FOTO
Hazırda oxunan: Quba və Qusara da qar yağdı – FOTO
172729
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.