Ölkəmizdə qadınların dəfn mərasimində iştirakı əksəriyyət tərəfindən doğru qəbul olunmur. Bəzi bölgələrimizdə isə qadınların dəfn günü ümumiyyətlə qəbristanlığa gedişinə isti yanaşılmır. Qadınlar ən yaxşı halda mərhumun 3 və 7-də qəbir üstünə gedir.
Bəs, bu qadağalar İslam ənənələrindən qaynaqlanır, yoxsa başqa səbəblər var?
Suala ilahiyyatçı Turan İrfan aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, qadınlar dəfn mərasimində iştirak edə bilər:
MÖVZU İLƏ BAĞLI:
Bakıda qəbiristanlıq əraziləri 130 hektar genişləndiriləcək
“Ancaq dəfn işlərini qadınların icra etmələri kişilər varkən doğru deyil. Ölünü qəbirə qoymaq, qibləyə çevirmək, üstünü torpaqlamaq kimi işləri gərək kişilər görsün. Lakin dəfn mərasimində qadınların da iştirak etməsində bir problem yoxdur.
Amma dövrün reallıqlarını nəzərə alaraq deyə bilərik ki, dəfndə iştirak edən qadınlar diqqət çəkməmək üçün geyimlərinə fikir versələr, şəriətə uyğun olar. Belə ki, açıq-saçıq geyimdə qəbiristanlıqda olmaq dəfn adətlərinə və mərhuma hörmətsizlik sayıla bilər”.
Surxay Atakişiyev, Bizim.Media