Qusarda qızılcaya yoluxanlarla bağlı son vəziyyət AÇIQLANDI

Qusarda qızılcaya yoluxanlarla bağlı son vəziyyət AÇIQLANDI

Hazırda oxunan: Qusarda qızılcaya yoluxanlarla bağlı son vəziyyət AÇIQLANDI

172623

Qusarda keçən ildən indiyədək 148 nəfər qızılca xəstəliyinə yoluxub. Onlardan 105 nəfəri vurusa keçən il, 43 nəfəri isə bu il tutulub. Keçən il yoluxanların 82 nəfəri şagird, 9 nəfəri azyaşlı, qalanı isə 18  yaşdan yuxarı olan şəxslərdir. Bu il də yoluxanlar arasında  şagirdlər üstünlük təşkil edir. Qusarda bu il 18 nəfər şagird, 15 nəfər məktəbəqədər uşaq və 15 nəfər isə 18 yaşdan yuxarı olan rayon sakinləridir.

Məlumatı Bizim.Media-ya Qusar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nadirşah Şirinov verib.

Onun sözlərinə görə, virus daşıyıcılarından 95 nəfəri artıq sağalıb, 53 nəfərin  müalicəsi isə  karantin şəraitində  davam edir.

Nadirşah Şirinov xoşbəxtlikdən rayonda qızılcaya  yoluxanlar arasında ölüm halının qeydə alınmadığını bildirib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO