İşsizlikdən sığortanın təkmilləşdirilməsi mexanizmi hazırlanıb və qanunvericilik dəyişiklik layihələri müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilib.
Bizim.Media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli keçirdiyi brifinqdə deyib.
MÖVZU İLƏ BAĞLI:
Ötən il 118 mindən çox şəxs işlə TƏMİN EDİLİB – Məşğulluq Agentliyinin sədri
Onun sözlərinə görə, məqsəd işsizlikdən sığorta mexanizmində yeni yanaşma hallarının unifikasiyası, sığorta stajı və sığorta ödənişinin alınma müddətlərinin proporsionallaşdırılmasıdır.
Agentlik sədri vurğulayıb ki, keçən il 5 628 nəfərə ictimai işlər üzrə haqq ödənilib:
"Hazırda 48 675 sayda işçi ictimai işlərdə fəaliyyət göstərir".
Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media