"2023-cü ildə 118 398 (rekord sayda) şəxs işlə təmin edilib. Ötən il 5 268 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib".
Bizim.Media xəbər verir ki, bu fikirləri Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli agentlik tərəfindən 2023-cü ildə əldə olunan nəticələr və 2024-cü il üzrə hədəflər mövzusunda keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, sosial iş yerlərinə işə qəbul (birgə maliyyələşmə) 1 198, kvota üzrə isə 2 751 nəfər işlə təmin edilib:
"Bundan əlavə, 9 518 nəfər peşə hazırlığına cəlb edilib. 281 539 nəfərə peşəyönümü məsləhət xidməti göstərilib. 17 362 nəfər özünüməşğulluq proqramına cəlb edilib. İşsizlikdən sığorta ödənişi isə 8 370 nəfərə təyin edilib".
Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:34 / 09.01.2024
Ötən il 118 mindən çox şəxs işlə TƏMİN EDİLİB – Məşğulluq Agentliyinin sədri
Hazırda oxunan: Ötən il 118 mindən çox şəxs işlə TƏMİN EDİLİB – Məşğulluq Agentliyinin sədri
Hazırda oxunan: Ötən il 118 mindən çox şəxs işlə TƏMİN EDİLİB – Məşğulluq Agentliyinin sədri
172590
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.