Qərbi Azərbaycan Xronikası: “400-ə yaxın Alban məbədini erməniləşdirməyə çalışıblar” - VİDEO

Qərbi Azərbaycan Xronikası: “400-ə yaxın Alban məbədini erməniləşdirməyə çalışıblar” - VİDEO

Hazırda oxunan: Qərbi Azərbaycan Xronikası: “400-ə yaxın Alban məbədini erməniləşdirməyə çalışıblar” - VİDEO

172560

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. 

Bizim.Media xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyev olub.

Ə.Vəliyev vaxtilə yaşadığı Göyçə mahalı Basarkeçər rayonu Sədənağac kəndinin tarixindən, təbiətindən, maddi-mədəni irs nümunələrindən danışıb. O, uşaqlığının keçdiyi bu qədim və tarixi Azərbaycan kəndində yaşadıqlarını dilə gətirib, xatirələrini bölüşüb. Bildirib ki, Sədənağac qədim türk tayfalarının yaşadığı kənd olub. Sovet hakimiyyəti illərində ermənilər bu yaşayış məntəqəsinin tarixi adını dəyişərək Güney qoyublar.

Qərbi Azərbaycanda ermənilərin soydaşlarımıza qarşı ayrı-seçkiliyindən, deportasiya və soyqırımından söhbət açan Ə.Vəliyev deyib ki, ötən əsrdə ata-baba mülkləri bir neçə dəfə yandırılıb, talan olunub. O, 1987-ci ildən başlayaraq azərbaycanlıların evlərinə silahlı basqınların təşkil edildiyini dilə gətirib. Bildirib ki, sistemli şəkildə həyata keçirilən bu siyasətin başlıca hədəfi monoetnik Ermənistan dövləti yaratmaq olub. Müsahib təəssüflə qeyd edib ki, ötən əsrin 1988-ci ilində azərbaycanlıları öz dədə-baba yurdlarından tamamilə deportasiya etdirən Ermənistan siyasi rəhbərliyi buna tam nail olub.
Ə.Vəliyev ümumilikdə Qərbi Azərbaycan ərazisində 26 türk tayfasının tarixən yaşadığını, xalqımıza məxsus on minə yaxın maddi-mədəni irs nümunəsinin olduğunu söyləyib. Vurğulayıb ki, tarixi torpaqlarımızda qalan bir çox abidələr ermənilər tərəfindən məqsədli şəkildə dağıdılıb, 400-ə yaxın Alban məbədi erməniləşdirilib. O, deportasiyanın ən ağır faciəsini məscidlərin yaşadığını, 1988-ci ildən sonra indiki Ermənistan ərazisində 617 toponimin dəyişdirildiyini bildirib. Tarixi torpaqlarımız uğrunda mübarizənin yeni mərhələsinə toxunan Ə.Vəliyev deyib ki, Qərbi Azərbaycana qayıdış artıq ideologiya deyil, strateji hədəfdir və bu hədəfə çatmaq üçün inamlı addımlar atılır.
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO