Kürdəmirdə zəncirvari QƏZA: Xəsarət alan var - FOTO

Kürdəmirdə zəncirvari QƏZA: Xəsarət alan var - FOTO

Hazırda oxunan: Kürdəmirdə zəncirvari QƏZA: Xəsarət alan var - FOTO

172528

Kürdəmirdə xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomaşın həmin yolda hərəkətdə olarkən onu ötməyə çalışan VAZ 2106 markalı avtomaşına çırpılıb. Bundan sonra VAZ 2106 markalı avtomaşın isə yol kənarında dayanmış VAZ 21011 markalı avtomaşına çırpılıb.
Qəza nəticəsində VAZ 2106-nın sürücüsü İsrəfilov Rəhim Barat oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralı dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda fakt araşdırılır.



Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO