Məşhur şəxslərin dəfnində media nümayəndələri iştirak etməlidir? – AÇIQLAMA

Məşhur şəxslərin dəfnində media nümayəndələri iştirak etməlidir? – AÇIQLAMA

Hazırda oxunan: Məşhur şəxslərin dəfnində media nümayəndələri iştirak etməlidir? – AÇIQLAMA

172496

Xəbər verdiyimiz kimi, Əməkdar artist Aygün Bəylər vəfat edib. Müğənni Ankarada dünyasını dəyişib. 48 yaşlı Əməkdar artist uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, bu gün Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılıb. 

Aygün Bəylərin ölüm xəbəri çaşqınlığa və müzakirələrə səbəb oldu. Çünki əvvəlcə onun ölüm xəbəri yayılsa da, sonradan xəbər təkzib edildi. Sonda Mədəniyyət Nazirliyi sənətçinin vəfatını təsdiqlədi. 
 

MÖVZU İLƏ BAĞLI:

Aygün Bəylər dəfn EDİLİB - VİDEO


Hadisədən dərhal sonra sənətçinin ailə üzvləri vida mərasimində media nümayəndələrinin iştirak etməməsini xahiş etdilər. Bu xəbər bir daha yeni rezonans yaratdı. Nəticə etibarilə sənətçi torpağa tapşırıldı və media nümayəndələri prosesi işıqlandırdılar. 

Lakin maraqlıdır, tanınmış şəxslərin vəfatında kimlər iştirak etməlidir? Niyə hər dəfə oxşar söz-söhbət yaranır?

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Bizim.Media-ya açıqlamasında bildirib ki, məşhur şəxslərin dəfn və vida mərasimləri çəkilməli, sənədləşdirilməli, arxivlərdə qalmalıdır: 

“Gələcək nəsil doğru və yanlışı bilməlidir. Çünki bu şəxslərin bizim mədəniyyətimizdə, ədəbiyyatımızda, musiqimizdə, elmimizdə öz töhfələri olub. Təəssüf ki, bəzi elm adamlarımız populyar deyillər və onlar rəhmətə gedəndə dar çevrənin bu hadisədən xəbəri olur və iştirak edirlər. Həmin adamların dəyəri sonradan bilinir. Alimlər heç vaxt üzdə olmurlar. 

Məşhur şəxslərin dəfnini və ya vida mərasimi işıqlandırarkən bəzi nüansları nəzərə almaq lazımdır. Məsələn, bəzən insanların kədərinin səngiməsini gözləmək lazımdır. Birbaşa yaxınlaşanda qəribə bir təəssürat yaranır”.

Media eksperti Yadigar Məmmədli isə mövzu ilə bağlı bunları bildirib:

“Aygün xanım ictimai şəxs idi. Amma onun xəstəliyi ərəfəsində bəzi yalan xəbərlər  yayıldı. Fikrimcə, bu da ailəsinə, qohumlarına neqativ təsir etdi. Sözügedən məsələdə obyektiv və ciddi mətbuatın bir yükü olduğunu düşünmürəm. Sadəcə bəzi qeyri-peşəkarlara görə media nümayəndələrinə qarşı neqativ fikir formalaşdı. 

Məşhur şəxslərin dəfni prosesində media nümayəndələri iştirak etməlidir, burada qəbahət yoxdur. Məhkəmə, xeyir məclisləri və s. bu siyahıya daxildir. Çünki həmin insanlar ictimai şəxslərdir. Tam olmasa da, müəyyən formada ictimaiyyətə açıq olmalıdırlar”. 

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO