Velosiped zolaqlarını zəbt edən sürücüləri hansı CƏZA gözləyir? – RƏSMİ AÇIQLAMA 

Velosiped zolaqlarını zəbt edən sürücüləri hansı CƏZA gözləyir? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Velosiped zolaqlarını zəbt edən sürücüləri hansı CƏZA gözləyir? – RƏSMİ AÇIQLAMA 

172487

Bir neçə ildir paytaxtda velosipedlər üçün yolların, xüsusi zolaqların çəkilməsi layihəsi icra olunur. Ötən ilin dekabrında Bakının mərkəzi küçələrində çəkilən zolaqlar velosipedçilər və skuterçilərin maneəsiz hərəkətini təmin etmək məqsədi daşıyır.

Lakin həmin zolaqlarda şəxsi və taksi kimi fəaliyyət göstərən avtomobillərin park edildiyinə rast gəlinir. Günün müxtəlif, xüsusilə gecə saatlarında velosiped zolaqlarının avtomobillər tərəfindən zəbt olunduğunu görmək mümkündür. Bu da velosiped və skuter sürənlərin işini çətinləşdirir. 

Bəs qanunla sürücülərin bu hərəkəti necə qiymətləndirilir?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi Toğrul Nəsirli bildirib ki, həmin zolaqda maşın saxlamaq yolverilməzdir:
 

MÖVZU İLƏ BAĞLI:

Velosiped zolaqlarına baryerlər quraşdırıldı - FOTO 


“Bu, dayanma-durma tələbinin və ya nişanın tələbinin pozulması kimi qiymətləndiriləcək. Velosiped zolağı olması ilə bağlı nişan qoyulubsa, təyinatı üzrə olmayan nəqliyyat vasitələri həmin əraziyə daxil ola bilməz. Bu, İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 1-ci bəndinə əsasən, eynilə avtobus zolağında olduğu kimi, 40 manat cəriməsi olan haldır”. 

Qeyd edək ki, Bakı şəhərinin Baş planına görə, paytaxt üzrə 2040-cı ilədək velosiped zolaqları (yolları) şəbəkəsinin ümumi uzunluğunun təxminən 285 km təşkil edəcəyi planlaşdırılır.

Günay Şahmar, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO