Seçicilər məntəqələrini

Seçicilər məntəqələrini "ASAN xidmət"də öyrənə bilərlər

Hazırda oxunan: Seçicilər məntəqələrini "ASAN xidmət"də öyrənə bilərlər

172472

Seçicilər ölkə üzrə bütün "ASAN xidmət" mərkəzlərində seçici statusunu yoxlaya biləcəklər.

Bizim.Media xəbər verir ki, bununla bağlı "ASAN xidmət" mərkəzlərindəki "ASAN növbə" terminallarında "Seçici statusunu yoxla" adlı xüsusi bölmə yaradılıb.

Belə ki, seçicilər həmin cihazlara yaxınlaşıb, tək şəxsiyyət vəsiqəsini oxutduraraq, harada səs verəcəkləri - qeydiyyatda olduqları seçki dairəsi və seçki məntəqəsi haqqında məlumatı, onların ünvanını öyrənə bilərlər.
Sistemdə adı çıxmayan seçicilər isə mobil nömrə daxil edərək, məlumatlarının sistemdə əks olunması üçün müraciət edə bilərlər.

Qeyd edək ki, hazırda ölkə üzrə 26 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO