Azərbaycanda kitabxanaların sayı AZALIB, kitabxanaçılar isə ARTIB - Maraqlı TƏZAD

Azərbaycanda kitabxanaların sayı AZALIB, kitabxanaçılar isə ARTIB - Maraqlı TƏZAD

Hazırda oxunan: Azərbaycanda kitabxanaların sayı AZALIB, kitabxanaçılar isə ARTIB - Maraqlı TƏZAD

172471

Son beş ildə Azərbaycanda kitabxanaların sayı azalıb. 

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
 

MÖVZU İLƏ BAĞLI:

Azad olunmuş ərazilərdə dağıdılmış kitabxanalardan götürülmüş nümunələr sərgidə NÜMAYİŞ olunur


Komitənin məlumatına görə, 2018-ci ildə ölkədə 2942 kütləvi kitabxana mövcud idisə, 2021-ci ildə 2915, 2022-ci ildə isə kitabxanaların sayı 2913 olub.

Həmçinin, ölkədə uşaq kitabxanalarının sayında da azalma qeydə alınıb. 2018-ci ildə uşaqlar üçün 89 kitabxana fəaliyyət göstərirdisə, 2022-ci ildə müəssisələrin sayı 87-yə enib.

Kitabxanalarla yanaşı, kitabxana fondu da azalıb. Lakin son beş ildə kitabxana işçilərinin sayında artım olub. Belə ki, 2018-ci ildə 8025 kitabxana işçisi vardısa, 2022-ci ildə işçilərin sayı 8152 nəfərə çatdırılıb.
Xatırladaq ki, ölkədə müstəqillik illərində ən çox kitabxana sayı 1992-ci ildə qeydə alınıb. Həmin il ölkədə 4909 kitabxana fəaliyyət göstərib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO