Əməkdar artist Aygün Hümmətova (Bəylər) dəfn edilib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər telegram kanallarında yayılıb.
Sənətçinin nəşi S.Bəhlulzadə adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasimindən sonra Suraxanı qəbiristanlığına aparılıb.
Qeyd edək ki, 48 yaşlı Əməkdar artist uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.
O, yanvarın 6-da Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Bizim.Media