Azərbaycan Yüksəliş Forumu keçirilir - FOTO

Azərbaycan Yüksəliş Forumu keçirilir - FOTO

Hazırda oxunan: Azərbaycan Yüksəliş Forumu keçirilir - FOTO

172446

“Yüksəliş” müsabiqəsi qaliblərinin təşəbbüsü ilə Azərbaycan Yüksəliş Forumu öz işinə başlayıb.

Bizim.Media xəbər verir ki, forumun məqsədi “Yüksəliş” müsabiqəsinin yaratdığı müsbət trendlərin müzakirəsi, onun davamlılığının təminolunması və perspektivli idarəçi kadrlar arasında peşəkar əlaqələrin daha da inkişaf etdirilməsidir.

Forumda “Bütöv Azərbaycan və insan kapitalı” mövzusunda panel müzakirələri aparılır.

İkinci “Yüksəliş” müsabiqəsinin qalibi, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədrinin müavini Elkiyar Ziyadovun moderatorluğu ilə keçirilən müzakirələrdə birinci “Yüksəliş” müsabiqəsinin qalibləri Orxan Quliyev, Güldanə Hidayətli və Ruslan Mirzəliyev, ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Fərrux Məhərrəmli, üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Ülviyyə Mehralıyeva, Bayram Orucov və Faiq Hüseynov çıxış ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO