Bakının mərkəzində 1 milyon manata torpaq sahəsi satılır

Bakının mərkəzində 1 milyon manata torpaq sahəsi satılır

Hazırda oxunan: Bakının mərkəzində 1 milyon manata torpaq sahəsi satılır

172334

Bakı ərazisində torpaq bazarı getdikcə kiçilməkdədir. Tikintilər aparıldıqca boş torpaq əraziləri azalır.

Bizim.Media xəbər verir ki, bunu Trend.az-a əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

O bildirib ki, torpaq bazarının azalması qiymətlərə də təsirsiz ötüşmür. “İndi Bakının kəndlərində belə bir sotu 3-4 min manatdan aşağı torpaq sahəsi tapmaq mümkün deyil”, - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, şəhərin mərkəzi hissələrinə doğru gəldikdə, qiymətlər kifayət qədər yüksəlir.
“Belə ki, şəhər mərkəzində boş torpaq sahələrinin məhdud olması qiymətləri xeyli yüksəldir. Kvadratı 15-20 min manata olan torpaq sahələrinə rast gəlinir ki, bu da bir sot torpaq sahəsinin qiymətinin bir milyon manatdan baha olması deməkdir.

Adətən, belə ərazilər açıq satışa çıxarılmır. Şəhərin mərkəzi hissələrində açıq satışda olan torpaqlar da var ki, qiyməti 300 min manata qədərdir”, - deyə ekspert əlavə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO