Bakıda “Mahal” MTK tərəfindən inşa edilmiş 17 mərtəbəli binanın fasadı qopub.
Bizim.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, MTK-ya məxsus Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada baş verib.
Belə ki, dünən axşam binanın üzlüyü qoparaq avtomobillərin üzərinə düşüb. Xeyli sayda avtomobilin zərər gördüyü deyilir.
Məsələ ilə bağlı MTK-nın özünü təqdim etməyən nümayəndəsi bildirib ki, yüngül hadisə baş verib.
Onun sözlərinə görə, binanın qopan üzlüyü daş deyil:
“Nazik fasad üzlüyüdür, qopub. Yaxın günlərdə bərpa ediləcək. Binanın digər yerlərində olan üzlük möhkəm yapışdırılıb”.
Bizim.Media