Alim Qasımovdan Aygünün ölüm xəbəri ilə bağlı AÇIQLAMA

Alim Qasımovdan Aygünün ölüm xəbəri ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Alim Qasımovdan Aygünün ölüm xəbəri ilə bağlı AÇIQLAMA

172314

“Aygün Bəylərin ölüm xəbərini eşitdim, pis hala düşdüm”.

Bizim.Media xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında Xalq artisti Alim Qasımov tələbəsi olmuş mərhum Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə bağlı xatirələrindən danışarkən deyib.

O, hələ də bu xəbəri qəbul etmədiyini bildirib:

“Dünən gecə eşitdim. Çox pis oldum. Özümə gələ bilmirəm. Qanım qaraldı. O, mənim tələbəm olub. Dəyərli səsə malik idi. Allah ruhunu şad etsin! Ailəsinə səbir diləyirəm”.
A.Qasımov sonda dəfn və vida mərasimi ilə bağlı heç bir məlumatı olmadığını əlavə edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində, xəstəxanada vəfat edib.

Qeyd edək ki, müğənni müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO