Bayram günlərində  33 nəfər xilas edilib - 5-i azyaşlıdır

Bayram günlərində  33 nəfər xilas edilib - 5-i azyaşlıdır

Hazırda oxunan: Bayram günlərində  33 nəfər xilas edilib - 5-i azyaşlıdır

172313

Bayram günlərində 5-i azyaşlı olmaqla 33 nəfər xilas edilib, 16 nəfər təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənib, 3 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 290 yanğına çıxış, 22 köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO