Qaqarinin sürücüsü azərbaycanlı olub?... -Gözlənilməz

Qaqarinin sürücüsü azərbaycanlı olub?... -Gözlənilməz

Hazırda oxunan: Qaqarinin sürücüsü azərbaycanlı olub?... -Gözlənilməz

172312
Qaqarinin “Çayka”x9dsını arvadından almış Zodlu Eyvazın məzarı üzərindəki heykəlinin baş hissəsini ermənilər güllələyib dağıdıblar...

“Tövbə”x9d Cəmiyyətinin sədri Hacı Əbdülün xa0vaxtilə kosmosun ilk fatehi Yuri Qaqarinə məxsus olduğunu iddia etdiyi “QAZ-13”x9d markalı xa0“Çayka”x9dsı barədə ilk söhbətimizdən sonra xa0bir neçə oxucumuz bu xa0mövzuda eşitmədiyimiz xa0bəzi maraqlı məlumatları da çatdırdı.

“Eyvaz Həsənov Qaqarinin “Çayka”x9dsı ilə Göyçəyə və Şuşaya da gedib...”x9d


Bu günlərdə Ukraynada yaşayan soydaşlarımızdan birinin əldə etdiyi və xa0 gəncəli oxucumuz Əhliman Məmmədovun Moderator.az-a göndərdiyi, hazırda qondarma Ermənistan dövlətinin işğalı altında olan qədim Göyçə mahalının Zod kəndinin qəbiristanlığını təsvir edən foto təqdim etmişdik. 2014-cü ildə çəkilmiş xa0fotoda ətrafdakı dağıdılmış digər qəbirlər arasında ön planda üzərindəki heykəlin baş hissəsi erməni vandalları tərəfindən uçurulmuş bir məzar görünürdü. Həmin məzarın başdaşı üzərində adı yazılan Eyvaz Məhəmməd oğlu Həsənovun kimliyi barədə ilk məlumatı Gəncədən Rasim Əbdüləzimov adlı bir oxucumuzdan xa0öyrənmişdik:

“Böyüklərin söhbətlərindən eşitdiyimizə görə, Qərbi Azərbaycanın Göyçə mahalınin Zod kəndindən olan xa0“Zodlu Eyvaz”x9d ləqəbli Eyvaz Həsənov Moskvada Qaqarinin sürücüsü işləyib. Qaqarin həlak olandən sonra “Çayka”x9d xa0həmin Eyvaza qalib. Amma xa0maşını pulla aldığını, yoxsa xa0ona pay verdiklərini bilmirem. xa070-ci illərdə Zodlu Eyvazın həmin “Çayka”x9d ilə Zoda və Gəncəyə tez-tez gəldiyini söyləyirlər. Deyilənə görə, xa0Rusiyada çox hörmətli adam olub. Mən rəhmətliyin özünü görməsəm də, xa0Zodda məzarını görmüşem. Ona “Çayka”x9d ilə bir yerdə böyük heykəl qoymuşdular.xa0

Zodlu Eyvaz 1970-ci illərdə xa0Şuşanın 1-ci katibi olmuş mərhum Qəşəm Aslanovla da xa0möhkəm dost olub. Onunla bir yerdə “Çayka”x9dda Şuşaya da gediblər. Bunu xa0mənə Qəşəm müəllimin oğlu Xəzər Aslanov danışıb...”x9dxa0

“Zodlu Eyvaz 1975-ci ildə Moskvada “Çayka”x9d ilə qəzaya düşüb...”x9d


Öncə bəhs etdiyiimiz, Zodlu Eyvazın onun hazırda Ermənistan ərazisindəki məzarının fotolarını təqdim edən oxucumuz Əhliman Məmmədov isə Eyvaz Həsənovun Ukraynadakı qohumlarından öyrəndiyi bir az fərqli məlumat təqdim etdi:”x9d Eyvaz Həsənov həqiqətən Moskvada yaşayıb. Qaqarinin sürücüsü olmayıb, hardasa kosmonavtika sahəsində çalışıb. Ona görə də Qaqarinlə yaxın münasibətləri olub. Çox imkanlı imiş. Özünün də həyat yoldaşı rus olub. Qaqarinin “Çayka”x9dsını doğrudan da təxminən 1971-ci ildə onun arvadından alıb. 1975-ci ildə isə xa0Moskvada elə həmin “Çayka”x9d ilə qəzaya düşüb. Yerindəcə həlak olub. xa0Sonra “Çayka”x9dnı xa0vurulmuş vəziyyətdə xa0qardaşı Həsənin oğlu Vahid satıb. Rəhmətliyi Zodda dəfn ediblər. Məzarının üstündə xa0özünün və “Çayka”x9d sının xa0fotoda gördüyünüz heykəli qoyulub. 1988-ci ildə Azərbaycan türkləri Ermənistandakı dədə-baba yurdlarından qovulduqdan sonra mənfur ermənilər xa0Eyvazın heykəlinin baş hissəsini, yəqin ki, güllələyib dağıdıblar. Hazırda rəhmətliyini həyat yoldaşı və qızı Moskvada yaşayır.

Hacı Əbdülə xa0Qaqarinin “Çayka”x9dsını satmış şəxs İsgəndər Həmidovla da yaxın olub...

Laçından olan oxucumuz xa0Fazil Abışovun danışdıqları xa0isə gəncəlidən aldığı “Çayka”x9dnı Hacı Əbdülə hədiyyə etmiş xa0Fazil adlı ticarətçinin olduğunu təsdiləyir. Fazili həqiqətən Hacı Əbdülün köməyi ilə Bakıda “Bolluq”x9d kooperativi də açdığı da bəlli olur:”x9dYadımdadır ki, 80-cı illərdə 8-ci mikrorayondakı “Bolluq”x9d bazarının sahibi Fazillə müqavilə bağlayıb, hesabına 1 milyon manat pul keçirdim. Dəfələrlə görüşümüz olub. Növbəti görüşlərdən birində Hacı Əbdülü də onun yanında gördüm.O, mənimlə həmişə mehriban ünsiyyətdə olub.xa0

“Dedi ki, İsgəndər Həmidova Dağıstandan gətirdiyim qiymətli bir xəncər bağışlamışam...”x9d

Hacı gedəndən sonra xa0Fazil məni evinə dəvət etdi.Yasamalda yaşayırdı. Həyat yoldaşı yəhudi qızı xa0idi. Hacı Əbdüldən savayı, bir də İsgəndər Həmidovdan xa0razılıq edərdi. Onun əvəzsiz biri olduğunu vurğulayırdı. Deyirdi ki, xa0İsgəndər Həmidova Dağıstandan xa0əntiq bir xəncər gətirib hədiyyə etmişəm. Bozqurdun müqəvvası otağında bir postamentə qoyulmuşdu. Fazillə əlaqələrim dövründə 41 xa0milyon manatdan çox qazancım olmuşdu. Fazil Füzuli rayonundan idi. Sonralar onu işləməyə qoymadılar. Hakimiyyətə soxulmuş quldurlar onun işləməsinə imkan vermədi. Allah Fazilə rəhmət eləsin. Hacı Əbdülə də, Moderator.az-a da bu gözəl insanı yadımıza saldıqları üçün təşəkkür edirəm...”x9d


Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO