Ən çox yediyimiz çörək haqda ALDANILDIĞIMIZ HƏQİQƏTLƏR - “2-3 dilimdən artıq...”

Ən çox yediyimiz çörək haqda ALDANILDIĞIMIZ HƏQİQƏTLƏR - “2-3 dilimdən artıq...”

Hazırda oxunan: Ən çox yediyimiz çörək haqda ALDANILDIĞIMIZ HƏQİQƏTLƏR - “2-3 dilimdən artıq...”

17227

Hər bir azərbaycanlı gün ərzində təxminən 350 - 500 qram çörək yeyir. Bu rəsmi göstərilən normadır. Statistikaya görə, azərbaycanlılar dünyada ən çox çörək yeyən xalqlar sırasında yer alır. Hətta, gün ərzində 1 kq çörək yeyənlər də az deyil.

Dietoloq Ofelya Tahirova Bizim.Media-ya açıqlamasında deyir ki, çörəyi ona görə çox yeyirik ki, indiki çörəklər emal olunmuş undan hazırlanır. Un emal olunanda  buğdanın tərkibində olan liftlər yox olur.

Və emal olunmuş unla hazırlanan çörəklər qanda şəkərin miqdarını yüksəldir ki, bu da aclıqla nəticələnir: 
 

MÖVZU İLƏ BAĞLI:

Arıqlamaq istəyən insanların etdikləri səhvlər - Mütləq oxuyun!


“İndiki çörəkləri əvvəlkilərlə müqayisə etmək olmaz. Sovet dövründən fərqli olaraq çörək indi maya vasitəsilə hazırlanır. Mayalı çörəklər həzm sistemini  ləngidir. Bu isə insanda bir sıra mədə - bağırsaq xəstəliyi və qəbzlik yaradır. Qəbzlik də piylənməyə səbəb olur. İndiki çörəklərin sadəcə gözəl görüntüsü var. Çörəyin tərkibində olan sadə karbohidratlar qanda şəkəri yüksəldir, aclıq ehtiyacını artırır”.

Dietoloq bildirir ki, çörəyi çox yeyən adamlarda qan-damar, ürək çatışmazlığı, damar tıxanmaları xəstəliyi yaranır, qanda xolestrin yüksəlir, piylənmə prosesi sürətlənir:

“Çörəyə olan asılılığı isə tərkibində A, C, E və B qrupuna daxil olan vitaminlərlə əvəz etmək olar. Bir də çörəkdən qısa zaman içində imtina etmək üçün onun əvəzinə yediyiniz qidanın porsiyasını artırmaq lazımdır. 

Mal əti çörəkdə olan vitaminləri əvəz edir. Gün ərzində 2-3 dilimdən artıq çörək qəbul etmək olmaz.

Hazırda çörəkdən imtina edənlər kəpəkli çörəyə uz tuturlar. Lakin kəpəkli çörəklərin də tərkibində kimyəvi qatqıların olduğunu unutmamalıyıq.

Ən yaxşısı isə çörəkdən imtina edərək qidalarımızın sayını çoxaltmalıyıq”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO