Dolu, yağış, külək - Hava yenidən PİSLƏŞİR 

Dolu, yağış, külək - Hava yenidən PİSLƏŞİR 

Hazırda oxunan: Dolu, yağış, külək - Hava yenidən PİSLƏŞİR 

17223

Bakı və Abşeron yarımadasında aprelin 9-dan 10-na keçən gecədən başlayaraq 12-dək şimal-qərb küləyinin əsəcəyi, 15-20, arabir 23-25 m/s, 10-u gün ərzində, 11-i gecə və səhər bəzi yerlərdə arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

ETSN Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycanın əsasən şimal və qərb rayonlarında aprelin 10-u günün ikinci yarısından 12-si gündüzədək şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, arabir 18-23 m/s, 10-11-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO