Kürdəmirdə fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb.
Belə ki, yanğın kənd sakini Eyyubov Famil Ağabala oğluna məxsus ümumi sahəsi 104 kv metr olan evin 16 kv metrlik otağında baş verib.
Yanğından vaxtında xəbər tutan ev sahibləri dərhal hadisəyə müdaxilə ediblər. Hadisə yerinə dərhal Fövqaladə Hallar Nazirliyinin Kürdəmir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və geniş əraziyə yayılmasının qarşısı alınıb. Hadisəyə səbəb evdə olan qaz sobasının qəfildən alışması göstərilir. Hazırda fakt araşdırlır.
Bizim.Media, Aran bürosu