Azərbaycan Ordusunun Laçın rayonunda avtomobil qəzasında həlak olan hərbi qulluqçusu Həsən İsmayılov yanvarın 5-də Gəncədə dəfn olunub.
Bizim.Media xəbər verir ki, dəfndən əvvəl mərhumla vida mərasimi keçirilib.
MÖVZU İLƏ BAĞLI:
Laçında həyatını itirən hərbçimizlə vida mərasimi keçirilir - FOTO
Mərasimdə hərbçinin yaxınları, ictimaiyyət nümayəndələri, hərbiçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak ediblər.
Vida mərasimindən sonra H.İsmayılov Gəncə şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. 28 yaşlı Gizir Həsən İsmayılov ailəli olub, 1 qızı, 1 oğlu var.
Qeyd edək ki, hadisə yanvarın 4-ündə qeydə alınıb. Belə ki, Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb. Nəticədə 2 hərbi qulluqçumuz ölüb, 10 yaxın hərbçimiz isə yaralanıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu