“20 evin qarət edilməsi ilə bağlı deyilənlər əsassızdır”x9d

“20 evin qarət edilməsi ilə bağlı deyilənlər əsassızdır”x9d

Hazırda oxunan: “20 evin qarət edilməsi ilə bağlı deyilənlər əsassızdır”x9d

172058

Şəkinin Baş Göynük kəndində son bir ayda 20-yə qədər ev və tövlənin qarət edilərək yandırılması ilə bağlı saytımıza məlumat daxil olub. Moderator.az daxil olan məlum informasiyanı dəqiqləşdirmək üçün DİN-nin mətbuat xidmətinin rəis müavini, polis polkovnik-leytenantı xa0Orxan Mansurzadə ilə əlaqə saxlayıb.

Sözügedən informasiyanın əsassız olduğunu bildirən O.Mansurzadə, cari ildə kənddə cəmi 3 yanğın hadisəsinin baş verdiyini və hər 3 faktla bağlı FHN-nin araşdırma apardığını bildirib:

“Şəkinin Baş Göynük kəndində son bir ayda 20xa0 ev və tövlənin qarət edilib yandırılması ilə bağlı informasiyanın heç bir əsası yoxdur. Bu günə qədər həmin kənddə baş verən heç bir cinayət bağlı qalmayıb. Törədilən bütün cinayətlər açılıb. Kənddə son bir ayda 20 tövlə və evin qarət edilərək yandırılması ilə bağlı deyilənlər fakta söykənmir və bu, təxribat xarakterli dezinformasiya olmaqla yanaşı əhali arasında çaşqınlıq yaratmağa xidmət edir.

Məlumat üçün qeyd edim ki, cari ildə kənddə 3 yanğın hadisəsi baş verib. Hansı ki, bunların biri evin, digəri ot tayasının, üçüncüsü isə sahibsiz, uçuq bir evin yanması ilə nəticələnib. Hər 3 faktla bağlı FHN-də araşdırma aparılır.

Bu səbəbdən də kənd sakinlərinin səksəkə içində olması ilə bağlı deyilənlər tamamilə əsassızdır. Kənd sakinləri normal həyatlarını yaşayır. Polis isə həmişə olduğu kimi, əməliyyat şəraitinə nəzarət edir”x9d.

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO