84 yaşlı məktəb direktoru hansı halda işdə saxlanılıb? - Ekspertdən TƏNQİD

84 yaşlı məktəb direktoru hansı halda işdə saxlanılıb? - Ekspertdən TƏNQİD

Hazırda oxunan: 84 yaşlı məktəb direktoru hansı halda işdə saxlanılıb? - Ekspertdən TƏNQİD

17205

Xəbər verildiyi kimi, Qax rayonunda 84 yaşlı məktəb direktoru koronavirusdan dünyasını dəyişib. Qax şəhər 2 saylı məktəb-liseyin direktoru, 1937-ci il təvəllüdlü Şəkər Abdullayeva 1959-cu ildən pedaqoji fəaliyyətlə məşğul olub. 

84 yaşlı təhsil işçisinin hansı meyarla pedaqoji fəaliyyətlə məşğul olması ictimaiyyətdə ciddi müzakirələr yaradıb.

Bu hal Təhsil Nazirliyin 15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlara uyğundurmu? 

Əmək Məcələsinə görə, büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin 65 yaşından sonra (elmi müəssisə və təşkilatlar və ali təhsil müəssisələrindən başqa) əmək müqaviləsinin artırılması işəgötürənin səlahiyyətlərindədir.

Yəni, işəgötürən istəsə, həmin işçini işdən çıxara da bilər, çıxarmaya da. Bundan əlavə, uzadılma bir il olmaqla, ümumi uzadılmaya 5 ildən artıq yol verilmir. 

Araşdırmalar göstərir ki, 50-55 yaşdan sonra beyində yorulmalar, zəifləmələr prosesi gedir. Bu səbəbdən də 65 yaşlı təhsil işçisi normal pedaqoji fəaliyyətlə məşğul ola bilməz.

Digər tərəfdən 65 yaş və yuxarı olanlar  Sovet təhsil sistemində təhsil alan müəllimlərdir. Azərbaycan isə bu gün Avropa təhsil sistemi ilə işləməyə üstünlük verir. 65 yaş və ondan yuxarı təhsil işçiləri yeni metodologiyaları normal mənimsəyə bilmir və yaxud da buna cəhd etmirlər.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Bizim.Media-ya açıqlamasında belə halların kifayət qədər olduğunu deyib:

“Orta məktəblərdə yaşı 80-dən çox olan kifayət qədər şəxs çalışır. Təkcə ucqar kəndlərdə yox, Bakı şəhərində belə hallar var. Bildiyiniz kimi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq olaraq 70-ci maddəsinə görə, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri də orta məktəblərdə 65 yaşa çatması əsas idi.

Düzdür, xüsusi göstəriciləri yüksək olan, orden və medalları olanlar 70 yaşa qədər istisna hallarda çalışa bilər. Əlbəttə ki, nazirin, nazir müavininin müəllimi, qohumu, tanışı olanların işləməsi istisnadır. Onlar hətta 80 yaşdan sonra da məktəbdə çalışa bilər. Başqası üçün maneə olan, məhdudlaşdırılan bu hal Təhsil Nazirliyinin qohumu, tanışı üçün adi haldır”.

Ekspertin sözlərinə görə, 65 yaşdan yuxarı təhsil işçilərinin işində saxlanılması Təhsil Nazirliyinin, xüsusi ilə İnsan resursları şöbəsinin vəzifəsindən sui-istifadə etməsi və ya səhlənkar yanaşması kimi başa düşülə bilər: 

“Həmçinin yerli rayon təhsil şöbəsinin və oranın kadrlar şöbəsinin müdiri də eyni qanun pozuntusu edib. Hər halda yerli Təhsil Şöbəsinin maliyyə idarəsi bütün kollektivi ilə bu ciddi qanun pozuntusuna nəyinsə qarşılığında göz yumub. Hesab edirəm ki, təhsilin aşağı orqanları yuxarı qurumun, yəni Təhsil Nazirliyinin göstərişi olmadan bu addımı ata bilməz”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO