Zaqatalada fərdi təsərrüfata canavar hücumu olub - FOTO

Zaqatalada fərdi təsərrüfata canavar hücumu olub - FOTO

Hazırda oxunan: Zaqatalada fərdi təsərrüfata canavar hücumu olub - FOTO

172021

Ötən gecə Zaqatala rayonunda şəxsi təsərrüfata hücum edən canavar fərdi təsərrüfatdakı xırdabuynuzlu qoyun-quzuya xeyli ziyan vurub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə gecə saatlarında rayonun Yengiyan kəndində, kənd sakini İradə Qurbanovanın həyətyanı sahəsindəki mal tövləsində baş verib.

Ev sahibəsinin dediyinə görə o, axşam üstü mal-qaranı suladıqdan, yem verdikdən sonra tövlənin qapısını başlamağı unudub. Yırtıcı hevan da qapının açıq qalmasından istifadə edərək tövlədə olan xırdabuynuzlu heyvanlara hücum edib. Belə ki, beş baş qoyunu parşalayan canavar eləcə də daha bir neçə qoyuna ölümcül xəsarət yetirib. 
Yengiyan kəndinin baytarı Bünyad Mahmudov bildirib ki, hadisədən sonra yırtıcı tərəfindən parçalanan qoyunları kənddən kənarda dərin quyu qazılaraq basdırılıb. Xəsarət görən qoyun-quzuya ilkin tibbi yardım göstərilib. Yaraları təmizlənərək dərman bağlanılıb. Həmçinin tövlənin daxili və ətrafı dezinfeksiya olunub.   

Zərərçəkən İradə Qurbanova onu da bildirib ki, baş vermiş hadisə ilə bağlı müvafiq qurumlara məlumat verilib.  Xüsusən yırtıcının yenidən kəndə gəlmə ehtimalı nəzərə alınaraq sakinlərə axşam saatlarında ehtiyatlı davranmaları tövsiyə edilib. 














Tural Rasim oğıu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO