Xaçmaz rayonunun Hacıhüseynli kəndində Fövqəladə Hallar Nazirliyinin, Dövlət Yol Polisinin və Təcili Tibbi Yardım Xidmətinə “KAMAZ” və “Jiquli” markalı avtomobillərin toqquşması, xəsarət alanların olması ilə bağlı xəbər vermişdik. Bu barədə jurnalist Elxan Yusifli öz sosial şəbəkə səhifəsində məlumat paylaşmışdı. Hadisə yerinə gələn qurumların nümayəndələri yalan və yanlış məlumat olduğunu öyrəniblər. Deyilən yerdə heç bir qəza hadisəsinin qeydə alınmadığı məlum olub. İnformasiyanı yayan şəxs isə naməlum olaraq qalıb.
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov Bizim.Media-ya açıqlamasıda bildirib ki, polisə zəng edərək yalan məlumat verən şəxs Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb:
MÖVZU İLƏ BAĞLI:
Xaçmazda TRAGİKOMİK HADİSƏ - Yalan məlumat verib, dövlət qurumlarını ayağa qaldırdı - VİDEO
C.Əliyevin barəsində İnzibati Xətlar Məcəlləsinin 564-cü (bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə) maddəsinə uyğun olaraq qanunamüvafiq tədbir görülüb”, - deyə qurumdan qeyd edilib.
Aytəkin Alxaslı, Bizim.Media