Masallıda 15 yaşlı qızı nişanlamaq istədilər – Polis qarşısını ALDI 

Masallıda 15 yaşlı qızı nişanlamaq istədilər – Polis qarşısını ALDI 

Hazırda oxunan: Masallıda 15 yaşlı qızı nişanlamaq istədilər – Polis qarşısını ALDI 

171912

Masallı rayonunda 15 yaşlı qızın nişanlanması ilə bağlı məlumatlar yayılıb. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Məlumatlara görə qızın və oğlanın ailəsi nişan mərasimi keçirməyə hazırlaşıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupunun əməkdaşı Məhəmməd Rzayev Bizim.Media-ya bildirib ki, məsələ ilə bağlı dərhal müvafiq araşdırma aparılıb:

“Həmin ailə müəyyən edilib və qızın valideynləri Masallı Rayon Polis Şöbəsinə dəvət edilib.

Polis əməkdaşları və Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın əməkdaşı tərəfindən qızın valideynləri ilə izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri ona izah edilib.

Qızın valideynləri sözügedən məsələ ilə bağlı hər hansı mərasimin keçirilmədiyini, sadəcə gələcəkdə evliliyin baş tuta biləcəyi ilə bağlı qonşuluqda yaşayan ailə ilə aralarında razılıq olduğunu bildirib. Həmçinin, araşdırma zamanı azyaşlının dərsə davamiyyətinin də qaydasında olduğu müəyyən edilib”.
DİN-dən qeyd edilib ki, sözügedən məsələ, o cümlədən yeniyetmənin təhsilinə davam etməsi mütəmadi şəkildə diqqətdə saxlanılacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO