“İƏT münaqişə ilə əlaqədar Təmas Qrupu yaradıb. Bu gün bu tədbirdə Təmas Qrupuna üzv dövlətlərin nümayəndələri iştirak edir”.
Bizim.Media-nln məlumatına görə, bunu bu gün Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə və Ağdama səfərin yekunları ilə bağlı mətbuat konfransında İƏT Baş katibinin İqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavesa Senqendo bildirib.
Əhməd Kavesa Senqendo deyib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan kəndlərini xarabağlığa çevirmələrinin şahidi olublar:
“Bərpa prosesləri öz-özlüyündə kifayət qədər çətin prosesdir. İƏT-in üzvləri bərpa prosesində Azərbaycan xalqına və dövlətinə öz dəstəyini davam etdirəcək. Biz üzvləri bu məsələdə öz dəstyini nümayiş etdirməyə çağırırıq”, - o bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:25 / 08.04.2021
''İƏT ərazilərin bəpasında Azərbaycana dəstək verəcək'' - Qurum rəsmisi
Hazırda oxunan: ''İƏT ərazilərin bəpasında Azərbaycana dəstək verəcək'' - Qurum rəsmisi
Hazırda oxunan: ''İƏT ərazilərin bəpasında Azərbaycana dəstək verəcək'' - Qurum rəsmisi
17190
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.