Ötən il dekabr ayının 26-da saat 15:40-da Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin Cənub regional şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan “KƏ-245” bort nömrəli plastmas tipli qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya DSX məlumat yayıb.
Bildirilib ki, daxil olmuş məlumat əsasında qayığın və heyət üzvlərinin xilas edilməsi məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gəmisi qeyd olunan istiqamətə göndərilib.
Keçirilmiş axtarış tədbirləri nəticəsində saat 17:30-da dənizdə köməksiz vəziyyətdə qalmış balıqçı qayığında Astara rayon Şahağacı kənd sakinləri 1974-cü il təvəllüdlü Ramiz Əliağa oğlu Rəhmanov və 1982-ci il təvəllüdlü Zərif Əhəd oğlu Hümmətov sərhədçilər tərəfindən xilas edilərək sahilə çıxarılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:40 / 03.01.2024
DSX batmaqda olan qayığın şəxsi heyətini xilas etdi - FOTO
Hazırda oxunan: DSX batmaqda olan qayığın şəxsi heyətini xilas etdi - FOTO
Hazırda oxunan: DSX batmaqda olan qayığın şəxsi heyətini xilas etdi - FOTO
171880
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.