Bakıda avtomobil MSK-nın divarına çırpıldı - Xəsarət alanlar var - VİDEO

Bakıda avtomobil MSK-nın divarına çırpıldı - Xəsarət alanlar var - VİDEO

Hazırda oxunan: Bakıda avtomobil MSK-nın divarına çırpıldı - Xəsarət alanlar var - VİDEO

171832

Bakının Binəqədi rayonunda ağır yol qəzası qeydə alınıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Süleyman Sani Axundov küçəsində baş verib.

Səid Süleymanov “VAZ 2107” markalı nəqliyyat vasitəsi ilə yüksək sürətlə hərəkətdə olarkən sükana nəzarəti itirib.

Avtomobil Mərkəzi Seçki Komisiyyasının divarına çırpılıb. Qəza zamanı avtomobil deformasiyaya uğrayıb.

Nəqliyyat vasitəsində sıxışıb qalan yaralı sürücü və digər sərnişinlər - Təranə Məmmədova, Anjelina Verdiyeva və Tamerlan Orucov çıxarılaraq xəstəxanaya çatdırılıb. Yaralılar Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO