Sədərək Gömrük Postunda TIR-ların keçidindəki sıxlığa aydınlıq GƏTİRİLDİ 

Sədərək Gömrük Postunda TIR-ların keçidindəki sıxlığa aydınlıq GƏTİRİLDİ 

Hazırda oxunan: Sədərək Gömrük Postunda TIR-ların keçidindəki sıxlığa aydınlıq GƏTİRİLDİ 

171798

Son iki gündə Sədərək Gömrük Postunda TIR-ların keçidində yaranan sıxlığa aydınlıq gətirilib. 

Bizim.Media APA-ya istinadən xəbər verir ki, Sədərək Gömrük Postunda TIR-ların buraxılması ilə bağlı heç bir problem yoxdu:

"Sadəcə Türkiyə ilə İran arasında sərhəd qapısında problem yaranıb və bağlanıb. Ona görə TIR-ların hamısı Sədərək Gömrük Postundan keçir və burada sıxlıq yaranıb.

Hazırda Türkiyə tərəfdə TIR-lar üçün yalnız bir keçid işləyir. Orada 250-dən çox TIR-ımız var. Sədərək Gömrük Postunda TIR-ların buraxılması və gömrükdə hər hansı məsələ ilə bağlı problem yoxdu. Sadəcə qarşı tərəfdə problem həll olunan kimi TIR-lar həmişəki qaydada keçid məntəqəsindən buraxılacaq". 
Qeyd edək ki, hazırda yaranan problem nəticəsində gömrükdə sıxlıq yaranıb və iki ölkə arasında neytral zonada da TIR-lar gözləyir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO