Ötən il 153 uşağa Polad adı verilib

Ötən il 153 uşağa Polad adı verilib

Hazırda oxunan: Ötən il 153 uşağa Polad adı verilib

171784

Ötən il Azərbaycanda Polad adı verilən uşaqların sayı açıqlanıb.

Son illər ölkəmizdə Polad adının uşaqlara verilməsi artıb. Belə ki, 2020-ci ildə 193, 2021-ci ildə 306, 2022-ci ildə isə 196 körpəyə Polad adı verilib.

Bizim.Media xəbər verir ki, 2023-cü ildə isə bu rəqəm 153 olub. 

Polad adı 2020-ci ildə Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb.
Qeyd edək ki, bu gün Milli Qəhrəman Polad Həşimovun doğum günüdür.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO