Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib

Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib

Hazırda oxunan: Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib

171712

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Mingəçevir-Bəhrəmtəpə yolunun rayonun Əyricə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobillə, “Ford Fusion” markalı minik avtomobilinin toqquşması nəticəsində “Jiquli”nin sürücüsü Eldəniz Məmmədov ölüb. Qəza zamanı iki nəfərin xəsarət aldığı bildirilir.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO