Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Ədliyyə Nazirliyinin rəsmi saytında yer alıb.
MÖVZU İLƏ BAĞLI:
Yeni ilin İLK KÖRPƏSİ - FOTO/VİDEO
Məlumata görə, yola saldığımız il valideynlər oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Zəhra adını veriblər.
Uğur və Zəhradan sonra isə ikinci yerləri Əli və Zeynəb adı tutur. Növbəti yerləri isə Hüseyn, Məryəm, Aylin kimi adlar bölüşdürür.
Qeyd edək ki, 2023-cü ildə ölkədə 1800 nəfərə Uğur, 1644 nəfərə Zeynəb adı qoyulub. Son beş ildə Uğur adı 7552 nəfərə, Zəhra adı isə 7058 nəfərə verilib.
Günay Şahmar, Bizim.Media