74 yaşlı oğuzlu “Şaxta baba”nın ölüm səbəbi BƏLLİ OLDU – FOTO 

74 yaşlı oğuzlu “Şaxta baba”nın ölüm səbəbi BƏLLİ OLDU – FOTO 

Hazırda oxunan: 74 yaşlı oğuzlu “Şaxta baba”nın ölüm səbəbi BƏLLİ OLDU – FOTO 

171662

Ötən gün Oğuz rayonunda Şaxta baba qismində Yeni il tədbirinə qatılan rayon sakininin ürək tutmadan öldüyü bəlli olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki,  Oğuzda Yeni il şənliyi zamanı bədbəxt hadisə baş verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Oğuzda Şaxta baba öldü


Şənlikdə şaxta baba obrazında çıxış edən şəxs dünyasını dəyişib. 

Şaxta baba qismində çıxış edən Sincan kənd sakini, 74 yaşlı Şahin İsmayılovun iş yoldaşı Mirməhəmməd Maliyevin sözlərinə görə Şahin İsmayılovla uzun illər bir mədəniyyət müəssisəsində çalışıblar: 

“Gözəl mədəniyyət, klub işçimiz olub. Klarnet, zurna, tütək, balaban ifaçısı olub. 45 ilə yaxın biz onunla bir yerdə mədəniyyət sahəsində çalışmışıq” deyən Mirməhəmməd Maliyev onu da əlavə edib ki, təqaüdə çıxandan sonra Ş.İsmayılov yenə onlarla bir arada olub. 

Rayon tədbirlərində gah Şaxta baba, gah Dədə Qorqud obrazlarında çıxış edib. Eləcə də rayon mədəniyyət mərkəzinin tamaşalarında müxtəlif rollar alıb. 

Qeyd edək ki, tədbir zamanı halı pisləşən 74 yaşlı Şahin İsmayılov Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO