Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə şəhid və qazi övladları üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bayram şənliyi keçirilib.
Bizim.Media xəbər verir ki, tanınmış müğənnilər, Şaxta baba, Qar qız və digər maraqlı personajların iştirakı ilə keçən şənlik şəhid və qazi övladları tərəfindən sevinclə qarşılanıb.
Musiqili-əyləncəli şənlikdə şəhidlərimizin əmanətləri şən musiqi sədaları altında rəqs edib, şeirlər və mahnılar səsləndirib, müxtəlif nağıl qəhrəmanları ilə xoş zaman keçiriblər.
Şənlik xoş əhvali-ruhiyyə və bayram ovqatı bəxş edib, onlara əyləncəli anlar yaşadıb. Tədbirin sonunda şəhid və qazi övladlarına bayram hədiyyələri təqdim olunub.
Bizim.Media