Jurnalistlər ermənilərin talan etdiyi Əhəng dağında olublar 

Jurnalistlər ermənilərin talan etdiyi Əhəng dağında olublar 

Hazırda oxunan: Jurnalistlər ermənilərin talan etdiyi Əhəng dağında olublar 

17150

Media nümayəndələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Zəngilan rayonuna səfər çərçivəsində Əhəng dağında olublar. 

Bizim.Media xəbər verir ki, jurnalistlər orada ermənilərin törətdikləri ekoloji vandalizmin şahidi olublar. 

 

MÖVZU İLƏ BAĞLI:

Qırılan meşələr, dağılan evlər, viran qalan yurd - Jurnalistlərin Zəngilanda gördükləri- VİDEO 


ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Şahin Ataşov bildirib ki, Zəngilan rayonu ərazisində ümumilikdə 11 faydalı qazıntı yatağı qeydiyyata alınıb: 

"Hazırda dayandığımız sahə Oxçuçay üzlük daşı yatağının Alabaşlı sahəsidir. Yatağın ümumi ehtiyatı 6618 min kubmetrdir".

Ş.Ataşov qeyd edib ki, işğal zamanı yatağın Alabaşlı sahəsində istismar işləri aparılıb: 

"Yataqda düşmən tərəfindən aparılan istismarın həcmini və dəymiş zərərin müəyyənləşdirilməsi üçün geoloji təftiş işlərinin aparılmasına ehtiyac var. Yatağın ehtiyatı üzlük daşı və çınqıl xammalı kimi öyrənilib". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO